Əsas Səhifə > Avto > Elmar Vəliyev azyaşlı nəvəsi üçün aldığı 200 minlik maşını

Elmar Vəliyev azyaşlı nəvəsi üçün aldığı 200 minlik maşını


14-05-2022, 14:46

Elmar Vəliyev azyaşlı nəvəsi üçün aldığı 200 minlik maşını satdı - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev azyaşlı nəvəsi üçün xüsusi yığdıraraq Dubaydan gətizdirdiyi avtomobili satıb.

Bu barədə Veteninfo.az-ın redaksiyasına özəl mənbələrdən məlumat daxil olub.

Bildirilib ki, sabiq başçı oğlu Elmir Vəliyevin oğlu üçün xüsusi olaraq yığdıraraq Dubaydan gətizdirdiyi bahalı maşını artıq satıb.

Məlumata görə, “Porsche” markasına aid olan avtomobil xüsusi zövqlə 100 min dollardan da baha qiymətə (200 min manata yaxın) hazırlanıb və sabiq başçı onu azyaşlı nəvəsinə ad günündə hədiyyə edib.

Həmçinin iddialara görə, avtomobil dəfələrlə paytaxt küçələrində görüntülənib və sükanın arxasında Elmir Vəliyevin olduğu məlum olub.


Geri qayıt