Əsas Səhifə > Avto > Baş Dövlət Yol Polisi İdarəsindən Sərvər Bəşirliyə JEST

Baş Dövlət Yol Polisi İdarəsindən Sərvər Bəşirliyə JEST


17-02-2023, 17:26

 

Baş Dövlət Yol Polisi İdarəsindən Sərvər Bəşirliyə JEST - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyədə bir çox yardımları ilə tanınan, "Atlas" mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek Sərvər Bəşirlinin addımına cavab olaraq, ona avtomobil hədiyyə edib.

AzerTaym.az-ın “Musavat.com”a istinadən xəbərinə görə, bu gün Sərvər Bəşirlinin yeni avtomobilinə nömrə verilib.
Baş Dövlət Yol Polisi İdarəsi jest edərək S.Bəşirlinin öz nömrəsini saxlayıb. İdarənin əməkdaşları rüsum pulunu ödəyərək Sərvərin ailəsinin xərcə düşməsinə imkan verməyiblər. Avtomobil artıq ailənin istifadəsindədir.

Xatırladaq ki, Sərvər Bəşirli hazırda Adıyamanda - zəlzələdən zərər çəkən bölgədə könüllü olaraq fəaliyyət göstərir.

 

Baş Dövlət Yol Polisi İdarəsindən Sərvər Bəşirliyə JEST - FOTO - İNFOAZ.WS

 


Geri qayıt