Əsas Səhifə > Cəmiyyət > Ağdaşda seçki "karusel"ini daşıyan maşın qəzaya düşdü
Ağdaşda seçki "karusel"ini daşıyan maşın qəzaya düşdü18-06-2016, 16:15 |
Ümid partiyası bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə bağlı məlumat yayıb. Ölkə.Az-a göndərilən məlumatda bildirilir ki, 90 saylı DSK-dan hazırda da 33 nəfər partiya tərəfindən olan və 30 bitərəf müşahiçənin səndələri verilmir və DSK qarşısında sıxlıq yaranıb. Qeyd olunur ki, 1 saylı seçki məntəqəsində müşahidəçilər məntəqəyə 07:30-da, yəni yarım saat gec buraxılıblar. 2 saylı məntəqədə isə müşahidə etməyə imkan verilmir və "karusel" davam edir: "3 saylı məntəqədə də, məntəqə sədri 120 nəfərin adını qeyd edib. Məktəb direktoru məntəqə üzvü olsa da, seçicilərə mane olur, təzyiq göstərir. Halbuki məntəqə üzvlərinin tərkibində məktəb direktorunun olması qadağandır. 6 saylı məntəqədə bülletenlərin kənarı bir-bir deyil, topa-topa kəsilir. 8 saylı seçki məntəqəsində müşahidəçilərə imkan verilmir, maşınla təxribatçı qrup gətirilir və aşkar "karusel" həyata keçirilir. 9.saylı məntəqə 6:30-dan etibarən açıq idi. Ümid partiyasından məntəqəyə cəmi bir nəfər buraxılıb. 10 saylı məntəqədə məntəqə üzvü olan direktor müşahidəyə imkan vermir. 11 saylı məntəqdə bir qrup öyrədilmiş şəxs müşahidəçiləri təxribata çəkməyə cəhd göstərir. 19 saylı məntəqədə müşahidəyə imkan verilmir. Məntəqə sədri Fəxrəddin Qocayev müdaxilə edir, açıq-aşkar bildirir ki, deputat olacaq şəxsi çoxdan seçmişik, bu seçki formal şeydir. 25 saylı müşahidəçilərə imkan verilmir, seçki qutularına topa bülleten atılır. Məlumatda həmçinin qeyd edilir ki, icra nümayəndələri və bələdiyyə seçkiyə açıq-aşkar müdaxilə edirlər.
![]() Geri qayıt |