Əsas Səhifə > Cəmiyyət > Bayram gəldi, qiymətlər od tutub yandı
Bayram gəldi, qiymətlər od tutub yandı6-07-2016, 07:40 |
Müqəddəs Ramazan bayramının gəlməsi ilə əlaqədar olaraq paytaxdan bölgələrə yola düşən vətəndaşlar marşurutlarda süni qiymət artımı ilə rastlaşıblar. Moderator.az -ın ölkənin cənub bölgəsinə yola düşən əməkdaşı bildirir ki, rayonlara gedən marşurutlarda hər sərnişinə görə bir manat əlavə edilərək süni qiymət qaldırılıb.
Belə ki, Cəlilabada adi vaxtda 5 manata aparan marşurut bu gün 6 manat qiymət təyin edib. Bundan əlavə Masallıya 6 manata aparan marşurut da bir manat əlavə edərək 7 manat qiymət təyin edib.
Əməkdaşımız xəbər verir ki, bütün marşurutlar sərnişindaşımaya görə bir manat qiyməti qaldırıblar. Bəzi sərnişinlər isə buna hətta etirazlarını bildiriblər.
![]() ![]() Geri qayıt |