Əsas Səhifə > Cəmiyyət > Qarnından 30 kq-lıq elə bir şey çıxarıldı ki... -

Qarnından 30 kq-lıq elə bir şey çıxarıldı ki... -


8-09-2016, 12:25

Bosniya Herseqovinada bir universitetin xəstəxanasında həkimlər 52 yaşlı qadının qarnından 30 kiloqramlıq şiş çıxarıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 2 il öncə qarnı şişməyə başlayan Stoya Popoviç kökəldiyini zənn edərək həkimə getməyib. Ancaq şiş zamanla daha da artmağa başlayıb və qadın huşunu itirərək xəstəxanaya yerləşdirilib.

11 həkimin iştirakı ilə həyata keçən 8 saatlıq əməliyyatdan sonra 30 kiloqram şiş qadının bədənindən çıxarılıb. Uğurlu keçən əməliyyatdan sonra vəziyyəti yaxşı olan Stoya evə buraxılıb. 

 

 

 


Geri qayıt