Əsas Səhifə > Cəmiyyət > Bu məhsullardan yeyin -
Bu məhsullardan yeyin -23-11-2016, 18:20 |
Alimlər artıq çoxdandır bəzi insanların orta statistik adamdan çox yaşamasının sirrindən baş çıxarmağa çalışırlar. Stenford Universitetinin alimləri müəyyən ediblər ki, rasionunda müəyyən məhsullar olan insanların ömrü 20 il uzana bilər. “Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, alimlərin yeni araşdırmasında 40 yaşından başlayan yaş qrupundan olan 11 min kişi və qadın iştirak edib. Onlar hər gün yediklərini təsvir etmək üçün gündəlik tutublar. Alimlər araşdırmanın nəticələrini təhlil edəndən sonra müəyyən ediblər ki, ölüm hallarının çoxuna yanlış qidalanma səbəb olub. Həmçinin onlar aydınlaşdırıblar ki, meyvə-tərəvəz, qoz-fındıq yeyən adamlar özlərini pis hiss etməkdən az şikayət ediblər və 20 il çox yaşayıblar. Alimlər əmindirlər ki, meyvə-tərəvəz, qoz-fındıq insanın ömrünü uzadır, çünki bu məhsullar ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və bütövlükdə orqanizmə müsbət təsir göstərir.
Geri qayıt |