Əsas Səhifə > Cəmiyyət > Bizi zərrə-zərrə zəhərləyən
Bizi zərrə-zərrə zəhərləyən2-04-2017, 18:24 |
Əhalinin yoxsulluq səviyyəsinin artması onların əksəriyyətini daha ucuz satılan və keyfiyyəti şübhə doğuran geyim və məişət əşyalarından istifadə etməyə məcbur edib. Bunların arasında ən təhlükəli olanlar isə bədən dərisi ilə birbaşa təmasda olan geyimlər və uşaqların istifadə etdikləri oyuncaq əşyalarıdır. Xaricdən kiloqramla alınıb çuvallarda gətirilən, paytaxtın müxtəlif bazarlarından qəpik-quruşa satılan bu cür əşyalar keyfiyyətsiz olmaqla yanaşı sağlamlığa da zərərlidir. “Yeni Müsavat”ın müxbiri bu əşyaların satıldığı “8-ci kilometr” bazarına baş çəkib. Bazarın girişində açıq havada piştaxtaların üzərinə səliqəsiz şəkildə sərilmiş paltarların əksəriyyəti 1-2 manata satıldığından alıcıların diqqətini cəlb edir. Xarici görünüşünə görə nə qədər cəlbedici olsa da, bu paltarların təbii materiallardn hazırlanmadığı açıq-aydın hiss olunur. Görünür insanlar bu cür süni parçalardan hazırlanmış geyimlərin nə qədər ziyanlı olduğundan xəbərsizdir. Mütəxəssislər onu da iddia edir ki, süni paltarlar sonsuzluq yarada bilər. Bu səbəblərə görə, təbii parçalardan olan geyimlərə üstünlük vermək çox önəmlidir. Bazarda olarkən söhbətləşdiyimiz alıcılardan bir çox bu geyimlərin sintetik materiallardan hazırlandığından xəbərdar olduğunu, lakin imkansızlıq səbəbindən bunları almağa məcbur olduqlarını dedilər. Satıcılar da bildirdi ki, onlar təklif etdikləri malın keyfiyyəti barədə yalan vədlər vermirlər. Əslində elə geyimlərin üzərindəki qiymət də onların pambıq və ipək parçadan deyil, müxtəlif tullantılardan hazırlanmış süni parçadan hazırlandığını göstərir. Son dövrlər müxtəlif xəstəliklərin yayılması səbəbləri arasında geyimlərin verdiyi fəsadları da artıb. Geyimlərdə əsasən sintetik boya maddələri və toksik maddələr allergiyaya səbəb olur. Təbii parçalardan olan geyimlərin boyası çətin getdiyi halda, sintetik parçalardan hazırlanan geyimdən rəng asanlıqla çıxır. Tərlədikdə isə parçadan çıxan boya insanın dərisinə hopur. Xüsusilə də isti havalarda sintetik parçalardan geyim geyinmək təhlükəlidir”
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |