Əsas Səhifə > Cəmiyyət > BAKIDA GECƏ ƏMƏLİYYATI
BAKIDA GECƏ ƏMƏLİYYATI18-09-2017, 20:00 |
Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib. BakuPost.az-ın əldə etdiyi məlumata görə, milli-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndəsi saxlanılıb. Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb. Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb.
Geri qayıt |