Əsas Səhifə > Cəmiyyət > Bu ölkəyə balıq yağdı
Bu ölkəyə balıq yağdı28-09-2017, 10:27 |
Meksikanın şimal-şərqində göydən balıq yağıb. Axar.az xəbər verir ki, bu barədə Tamaulipas ştatının Mülki Müdafiə İdarəsindən məlumat verilib. Qeyri-adi hava şəraiti Tampiko şəhərində qeydə alınıb. “Yüngül yağış yağırdı. Bu zaman göydən xırda balıqlar düşməyə başladı”, - idarənin Feysbuk hesabında qeyd olunub. Alimlər balıqların hansı səbəbdən və necə düşdüyünü izah edə bilməyiblər.
Geri qayıt |