Əsas Səhifə > Cəmiyyət > Atatürkün ölüm üçün SEÇDİYİ saray -
Atatürkün ölüm üçün SEÇDİYİ saray -30-11-2017, 09:24 |
Dolmabahçe sarayı… Memarı erməni Qarabed Balyan və oğludur... Əslində mövzumuz ermənilərin Türkiyədə memarı olduqları saraylar deyil. Çünki bununla bağlı xeyli fakt var. Dünən təsadüfən Dolmabahçe sarayına getmişdim. Getmişkən də bir daha ziyarət edim dedim. Bu sarayda bir neçə dəfə olmuşam. Əzəmətli saraydı, ucu-bucağı bilinmir. Saray barədə söhbətlər bir neçə yazıya sığmaz. Çünki hər köşəsində tarix yatır. Bu saray padşahların məskəni olub. Gəzib bitirmək üçün ən azı 3-4 saat vaxt lazımdı. Maraqlı olduğu qədər də gizəmlidir. Sarayı gəzənlərin ən çox durduğu otaq da elə buradı. Dolmabahçe sarayında dənizə baxan yöndəki dördüncü otaq Atatürkün hayata gözlərini yumduğu məkandır. Bu otaq sultan I Əbdülməcid və daha sonrakı Osmanlı padşahlarının qışlıq yataq otağı olub. Atatürkün yatdığı bürünc işləmli bir yataq, şkaf və dolab var. Onun otağı xalçalar və oturacaqlarla döşənib. Bələdçi israrla şəkil çəkdirmə istəyimizə "yox" cavabı verir. Atatürkün otağında şəkil çəkdirmək və çəkmək qadağandır. Ya onların verdikləri ilə kifayətlənməlisən, ya da rəsmi internet sitələrindən izinli şəkilləri almalısan.
Bələdçi deyir ki, Mustafa Kamal Atatürk bu sarayda cəmi 4 il yaşayıb. 1927-ci il iyulun 1-də Ankaradan İstanbula köçən Atatürk birbaşa Dolmabahçe sarayına gəlib. Toplantı salonuna ayaq basan Atatürk burda ona hörmətini bildirməyə gələn heyətə titrək səslə müraciət edib: “…Artıq bu saray millətin sarayıdır, mən bura millətin bir fərdi, bir müsafiri olaraq gəlmişəm...”. P.S. Sarayın başqa maraqlı məkanlarında fotoreportaja izin verilir... Novbəti günlərdə təqdim edəcəyik. Geri qayıt |