Əsas Səhifə > Cəmiyyət > İlham Əliyev 2018-ci il seçkilərinə
İlham Əliyev 2018-ci il seçkilərinə7-02-2018, 10:31 |
Prezident İlham Əliyev Nazirlər Kabinetinin əvvəlki iclaslarında dəfələrlə ciddi mesajlarla çıxış edərək bir-birini təkrarlayan qurumların ləğv ediləcəyi anonsunu verib. Elə həmin anonslardan sonra hökumətdə ciddi struktur dəyişiklikləri aparıldı. Bir sıra yeni və strateji qurumlar yaradılarkən, bəziləri də ləğv edilərək digərlərinə birləşdirildi. Sonuncu optimallaşdırma siyasəti Nəqliyyat Nazirliyinin ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması, Dövlət Dəniz Administrasiyası və Mülki Aviasiya Administrasiyasının bu nazirliyin tabeliyinə verilməsilə nəticələndi. Ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsilə bağlı imzaladığı sərəncamla bütün diqqət yeni komandanın tərkibində hansı dəyişikliklərin olacağına, struktur islahatlarının hansı istiqamətdə aparılacağına yönəlib. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, hökumətin hazırkı fəaliyyətinin əsas istiqamətləri kimi ilk növbədə funksionallıq, məsuliyyət və soyuqqanlılıq seçilib: “Belə bir şəraitdə struktur islahatlarını davam etdirmədən istəklərə nail olmaq qeyri-mümkündür”. Deputat bildirib ki, ötən dövr ərzində islahatları hansısa qurumların ləğvi, yaxud birləşdirilməsi kimi qəbul etməməliyik: Bəzən insanlar bu prosesdən keçmək üçün sanki dolambacın içərisində hərəkət etməlidirlər. Əslində isə qurumlar, şirkətlər, ayrı-ayrı təsisatlar yalnız rəqabət şəraitində, yaxşı menecerliklə vəsait qazanmalı idilər. İndiki reallıqda isə hər il hökumətin parlamentə təqdim etdiyi büdcəni ödəmiş olurlar”.
Mən düşünürəm ki, prezident İlham Əliyevin son dövr yaratdığı qurumları nəzərdə tutub “izafi xərcləmələrə gedirik” deyənlər unudur ki, o sahələrdə həqiqətən də zəruri tədbirlərin görülməsinə ehtiyac var. Qida təhlükəsizliyi doğrudan da səngərdən, müdafiədən az əhəmiyyətli məsələdir? Qətiyyən! Bilirik k, hibrid müharibələr ərzaq, ticari, ekoloji və s. xarakterdə davam edir. Ona görə də belə qəbul etməliyik ki, əslində hökumət optimallaşdırılıb, səlahiyyətlər yetərincə öz real vəzifələrinə uyğunlaşdırılıb. Əminəm ki, proses bununla bərabər davam etməkdədir. Ölkə başçısının sonuncu müşavirədə verdiyi mesajlar bu qənaəti möhkəmləndirir”. Geri qayıt |