Əsas Səhifə > Cəmiyyət > MİDA-nın APARAT RƏHBƏRİ vəzifəsinə
MİDA-nın APARAT RƏHBƏRİ vəzifəsinə8-06-2018, 17:31 |
Azərbaycan Respublikasının Prezidenti yanıında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri vəzifəsinə təyinat olub. "Report" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Çingiz Qədimov MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyin edilib. O, əvvəllər agentliyin Hüquq və nəzarət şöbəsinin daxili nəzarət sektorunun müdiri işləyib. Qeyd edək ki, əvvəllər MİDA-nın Aparat rəhbəri vəzifəsini Anar Quliyev tutub. O, bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Geri qayıt |