Əsas Səhifə > Cəmiyyət > DİN-dən gənc aktrisanın taksidə seksual xarakterli hərəkətlərə

DİN-dən gənc aktrisanın taksidə seksual xarakterli hərəkətlərə


17-07-2021, 18:54

DİN-dən gənc aktrisanın taksidə seksual xarakterli hərəkətlərə məruz qalması barədə AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova ilə bağlı açıqlama verib.
 
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, aktrisa Lalə Süleymanova taksidə sürücü tərəfindən qeyri-etik hərəkətlərə məruz qalması ilə bağlı polisə müraciət edib:
 
“Məsələ ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Geri qayıt