Əsas Səhifə > Cəmiyyət > Psixoloq: "Kişilər ən zərif insanlardır"

Psixoloq: "Kişilər ən zərif insanlardır"


21-09-2021, 19:05

Psixoloq: 

Ötən il Azərbaycanda 75 647 nəfər dünyasını dəyişib. Rəsmi statistikaya görə, ölkə əhalisinin hər 100 000 nəfər hesabı ilə kişilər arasında ölənlərin sayı qadınlardan xeyli yüksəkdir. 2020-ci ildə ölənlərdən 33.567 nəfəri qadın, 42.081 isə kişilər təşkil edir. Diqqətçəkən başqa bir məqam isə odur ki, ölüm səviyyəsi göstəricisi ümumillikdə və bütün yaş qruplarında nisbətən kişilər üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır. Kişilərin qadınlardan daha tez ölməsinin səbəbi nədir? 

Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova Moderator.az-a fikirlərini bölüşdü : 

“Həqiqətən də kişilər fikirlərini, hisslərini, emosiyalarını, kədərlərini, hətta qısqanclıqlarını tam ifadə edə bilmirlər. Qadınlar nəinki o məqamları eyni zamanda sevmədikləri, narazı qaldıqları bir şey haqqında belə səbr etmədən danışa bilirlər. Bu qadınların emosional olduqlarını göstərir. Bir çox qadınlar emosionaldır. Kişilərlə qadınların psixologiyalarında dağlar qədər fərq var. 

 Kişilərin səhhətində ən çox rastlanan xəstəliklərdən biri insultdur. Onların psixologiyasında ciddi problem yaşandıqda infaktdan çox insult keçirirlər. Kişilər daha çox insultdan həyatını dəyişir. Bu xəstəlik psixoloji problemlərdən sonra başlayır. Kişilər qürurlarına sığışdırıb, bəzi şeyləri dilinə gətirə bilmirlər. Demirəm ki, qadınlar qürursuzdur, əsla. Sadəcə qadınlar bir qədər emosiyalarına görə kişilər tərəfindən hər zaman bağışlanılır, nəzər alınır. Kişilər hər hansısa səhvi özlərinə bağışlamır. İnsult elə bir xətəlikdir ki, ondan geri dönüş nadir hallarda olur. Dönsə də insan yenə yarıcan qalır. əsəbi olduqdları halda, son sözlərini demir, problemlərini bölüşmür, hisslərini duyğularını dilə gətirə bilmirlər. Bu xüsusiyyət daha çox Azərbaycan kişilərinə xasdır. Bizim cəmiyyətdə “kişi ağlamaz”, “kişinin ulqumu olar”, “danışmaq kişiyə yaraşmaz”, “sən kişisən, möhkəm ol”-kimi ifadələr səslənir. Kişilər nə ağlaya, nə də ürək sözlərini deyə bilirlər. Azərbaycan kişiləri fədakardırlar. 

 Kişilər də küsə, incinə ağlaya bilər. Onlar qadınlardan qat-qat həssasdırlar. Təəssüflər olsun ki, toplum onları kobud kimi təqdim edir. Əslində kişilər ən zərif insanlardır. Bizim kişilər ölümə hazırdılar, amma hisslərini, sevgilərini, duyularını küskünlüklərini, dərdlərini paylaşmağa hazır deyillər. Bu kişilərin özlərinə etdiyi haqsızlıqdır”. 


Geri qayıt