Əsas Səhifə > Cəmiyyət > Ayaqlarda gücsüzlük və zəiflik hansı xəstəliklərin

Ayaqlarda gücsüzlük və zəiflik hansı xəstəliklərin


5-05-2022, 12:28

Ayaqlarda zəiflik, hissiyatsızlıq, gücsüzlük nevroloji problemlərdən irəli gəlir.
 
 
Bakupost.az xəbər verir ki, nevroloq həkim Olqa Larionova ayaqlarda zəifliyin adi və təhlükəli xəstəliklər səbəbindən ola biləciyini deyib.
Əksər hallarda bu düşünüldüyü kimi yorğunluqdan olmur.
Birtərəfli ciddi zəiflik baş beyin qan dövranı pozulması, insult əlaməti ola bilər. Bu zaman başgicəllənmə, tarazlığın pozulması da olur.
İnsult təkcə başda olmur, onurğa beynin də insultu halında ayaqlarda güclü hissiyat itkisi, çanaqda, beldə ağrılar olur.
Dağınıq skleroz, miqren, baş və onurğa şişlərində də ayaqlarda gücsüzlük sezilir.
Hərəki neyronların pozulması kimi ciddi nevroloji xəstəliklər zamanı da ayaqlarda gücsüzlük baş verir.
Bu zəifliyin hansı səbəbdən baş verdiyini dəqiq bilmək üçün nevroloq baxışı mütləqdir. Belə simptomlarda gecikmək olmaz.

Geri qayıt