Əsas Səhifə > Cəmiyyət > “Qadınlar kinolara aldanıb xəyanət edirlər” – Psixoloqdan

“Qadınlar kinolara aldanıb xəyanət edirlər” – Psixoloqdan


13-11-2022, 18:02

“Psixoloqa bu gün daha çox qadınlar gəlir. Bunun da çox qəribə səbəbi var. Qadınlar öz xəyanətlərindən sığortalanmaq üçün psixoloji dəstək almaq üçün gəlirlər”.

Bunu Bizim.Media-ya müsahibəsində tanınmış psixoloq Gülnar Orucova söyləyib.

O, ideal insan və ideal cəmiyyətin olmadığını bildirib:

“Ona görə də biz ideallarımızı çox zaman kinolarda axtarırıq. Əksər qadınlar kinolardakı kişiləri real həyatda axtarır. İstəyir ki, kinodakı kişilər kimi onun da əri həm ona sevgi, həm var dövlət, həm də sərbəstlik versin. Amma qadınlar bir şeyi unudur ki, kino da bir nağıldır. Nağıla isə yalnız körpələr inanır”.

Fikrini inkişaf etdirən psixoloq onu da əlavə edib ki, qadınların bəziləri maddiyyata görə, bəziləri cinsi uyğunsuzluğa, bəziləri isə qisas almağa görə xəyanət edirlər:

“Xəyanət edən qadın sonra düşünür ki, düzgün yolda deyil. Və bu vəziyyəti kiminləsə bölüşmək, fikir almaq istəyir. Xəyanəti də yaxın adama söyləmək olmur. Ona görə də qadınlar psixoloqlara üz tuturlar. Bunu həm də ona görə edirlər ki, psixoloq ona dəstək versin ki, “bəli xanım, düz eləyirsən. Həyat yoldaşın sənə istədiyin kimi baxmır və sair”. Qadın psixoloqdan bu cür dəstək almaq üçün gəlir. Ona görə bir daha deyirəm ki, psixoloqa gələn qadınların əksəriyyəti öz xəyanətlərinə bəraət donu geyindirmək üçün gəlirlər”. 

Gülnar Orucova onu da söyləyib ki, psixoloqa gələnlərin bir qismi də öz ehtirasını idarə edə bilməyən kişilərdir:

“Bildiyimiz kimi ehtiras heyvanda da olur. Amma insanın heyvandan fərqi ondadır ki, insan öz ehtirasını idarə edir. Bizə müraciət edən kişilərin çoxu gəlib oturub danışır ki, “mən çox ehtiraslıyam. Bütün günü beynim ancaq bununla məşğuldur. Bəlkə hormonlarımda bir problem var?” Amma həmin kişi anlamır ki, onun maraq dairəsi məhduddur. O sevginin verə biləcəyi başqa gözəlliklər barədə düşünmür. Çünki, o ikili münasibətə ancaq təbii ehtiyacı ödəmək vasitəsi kimi baxır. Bu da gerizəkalılıqdır”.

Psixoloq təkrar eləyib ki, psixoloqa gələnlərin çoxu qadınlardır:

“İnsan nə zaman səhv elədiyini bilir, başa düşür? Yalnız o zaman ki, cəmiyyətin qınağına tuş gəlir. İnsan səhvləriylə böyüyür, müdrikləşir. Səhv eləmək olar. Amma onu təkrarlamaq olmaz. Çünki, növbəti səhvin çox zaman geri dönüşü olmur. Ona görə də çox istərdim ki, istər kişilər, istərsə də qadınlar səhv etməmişdən qabaq psixoloqa müraciət etsinlər”.


Geri qayıt