Əsas Səhifə > Cəmiyyət > Restoranlarda iftar menyusu - QİYMƏTLƏR
Restoranlarda iftar menyusu - QİYMƏTLƏR7-03-2024, 21:32 |
11 ayın sultanı Ramazan ayının başlamasına sayılı günlər qalıb. Paytaxtda əksər restoranlar Ramazan ayı ilə bağlı xüsusi hazırlıqlara başlayıb. Bu barədə Sfera.az-a restoran administratoru Səbuhi Məmmədov məlumat verib.
“Bəzi restoranlar oruc tutanlar üçün iftar menyuları da hazırlayıblar. Qiymətlər isə menyuda yemək çeşidlərinə görə dəyişir. Şəhər restoranlarında iftar menyularının minimum qiyməti 7-10 manatdan başlayır. Restoranlarda bahalı iftar menyularl isə 20 manatdan başlayır. İftar etmək istəyənlər əvvəlcədən rezerv etməlidirlər. Ramazan ayı boyunca qiymətlərdə böyük dəyişikliyin olmayacağı bildirilir”. Geri qayıt |