Əsas Səhifə > Cəmiyyət > MİNGƏÇEVİRDƏ yeni doğulan
MİNGƏÇEVİRDƏ yeni doğulan27-02-2016, 08:28 |
Mingəçevir şəhərində yeni doğulan körpə peyvənd vurulandan sonra dünyasını dəyişib. AzerTaym.az xəbər verir ki, Mingəçevir kənd sakini Dilsuz Hacıyev APA-ya bildirib ki, oğlunun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Hacıyeva Şəhla Kərəm qızı fevralın 18-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində ilk övladını dünyaya gətirib: “Oğlan uşağı sağlam doğulub və xəstəxanada qaldığı 5 gün ərzində səhhətində heç bir problem olmayıb. Xəstəxanada uşağa BSJ peyvəndi vurulub. Samirə adlı tibb işçisi peyvəndi vurduqdan sonra ana və övladı evə buraxılıb. Evdə uşağın vəziyyəti qəflətən pisləşib. Fevralın 24-də uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”. Geri qayıt |