Çinin Xian H-20 bombardmançısı - Pekinin "uçan qanadı"...

Çinin Xian H-20 bombardmançısı - Pekinin

Çinin yeni strateji çəkindirmə vasitəsi
 
Son bir neçə ildir ki, Çin təyyarə istehsalçısı "Xi'an Aircraft Industrial Corporation" (Xian Təyyarə Sənaye Korporasiyası) perspektivli H-20 strateji bombardmançı təyyarəsini hazırlayır. Layihə indiyə qədər gizli qalır və bu barədə demək olar ki, heç bir məlumat verilmir. Lakin son aylarda bəzi ciddi mənbələr belə bir maşının mümkün görünüşünü iki dəfə nümayiş etdirib. Yəqin ki, yaxın gələcəkdə yeni bombardmançının rəsmi olaraq təqdim ediləcəyini gözləməyə də dəyər. 
 
"Gələcəyə xoş gəldiniz"
 
Yanvar ayının əvvəlində Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələri, gəncləri hərbi pilot kimi hərbi məktəblərə qəbula və ordu sıralara qoşulmağa çağıran bir video yayımladı. Qısametrajlı film hazırlığın bütün mərhələlərini keçən və döyüş bölmələrindən birində xidmətə başlayan gənc kursantdan bəhs edirdi. Döyüş və siyasi hazırlıqda fərqlənən zabitə ən yeni J-20 qırıcısı həvalə olunur, o isə atalarının və babalarının döyüş qəhrəmanlıqlarını xatırlayaraq düşməni məğlub edir.
 
Finalda qəhrəman yeni bir tapşırıq alır, onu uzun mənzilli aviasiyada xidmət etməyə göndərirlər. Pilot anqarın yanına gəlir, burada örtük altında gizlənən qeyri-adi görünüşlü ən yeni təyyarəni görür. Sonra pilot bombardmançının örtüyünü çıxarır və onun dəbilqəsinin işıq filtrində bombardmançı effektiv şəkildə əks olunur. Bundan sonra isə "Gələcəyə xoş gəlmisiniz!" - altyazıları diqqəti cəlb edir. 
Naməlum yeni bir bombardmançı yalnız iki kadrda görünür və onu ətraflı araşdırmaq yəqin ki, mümkün olmayacaq. Bununla birlikdə, örtük altında bombardmançının yuxarıya doğru çıxan füzelajı və üst çıxıntılı hava girişləri olan ox şəkilli "uçan qanad" konfiqurasiyası aydın görünür. Pilot örtüyü çəkəndə, onun dəbilqəsində şassi mexanizmi ilə maşının sivri aerodinamik burnu görünürdü. Kabinin şüşəsi görünmürdü, möhtəşəm kinematik parıltı onu gizlədə bilmişdi. 
 
Çinin NORINCO korporasiyası tərəfindən nəşr olunan "Müasir Silah" jurnalının iyun sayı bu yaxınlarda çıxdı. Onun səhifələrində uçuş zamanı yeni H-20 bombardmançı təyyarəsi göstərilib. Əlavə olaraq, nəşr bu təyyarənin fərqli bucaqlardan bir neçə digər şəkillərini də təqdim edib.
Jurnal arxa kənarı orta hissənin kənarına bağlı olmayan, yuxarıya və düzbucaqlı konsollara və aerodinamik füzelaja malik olan "uçan qanad" sxeminə aid bir təyyarə nümayiş etdirir. Gövdənin yan tərəflərində hava girişləri yerləşir. Mühərikklərin çıxış cihazları korpusun mərkəzinə yaxın yerləşir. Onların hər iki tərəfində iki ədəd yana əyilmiş kil mövcuddur. Bombardmançının xarici konturları düz və əyilən xətlərə malikdir. Düz və qırıq kənarları olan çox sayda lyuk, panel və s. diqqəti cəlb edir. 
 
Təyyarə pilotlu versiyada hazırlanıb. Pilot və ekipaj sayı məlum deyil. Təyyarənin mərkəzində böyük bir yük bölməsi mövcuddur. Yan tərəflərdə iki mühərrikli güc qurğusu yerləşib. Gövdə və qanadın sərbəst həcmləri uzaq uçuş məsafəsini təmin edən yanacaq çənləri üçün ayrılıb. 
"Müasir Silahlanma" jurnalı bombardmançının texniki xüsusiyyətləri, avadanlıqların tərkibi, uçuş xüsusiyyətləri və s. kimi məlumatları təqdim etmir. Bundan əlavə, inkişaf işlərinin vaxtı, istehsal və yerləşdirmə planları və s. qeyd olunmur. 
 
Yeni versiyalar
 
Yeni Çin bombardmançısının inkişafı uzun müddət əvvəl məlum idi, lakin görünüşü hələ rəsmi olaraq açıqlanmırdı. Bu baxımdan, mövzu ilə bağlı müxtəlif versiyalar, təxminlər və fərziyyələr mütəmadi olaraq ortaya çıxırdı. Yeni təyyarənin görünüşü üçün bir sıra variantlar da məlumdur, lakin hələlik yalnız ÇXAO-nun Hərbi Hava Qüvvələri bunlardan hansının həqiqi layihəyə uyğun gəldiyini bilir.
 
H-20 təyyarəsinin görünüşünün məlum variantları bir-birindən xeyli fərqlənir. Ən populyar olanlar, "uçan qanad"ın müxtəlif xüsusiyyətlərə malik versiyalardır. Bununla birlikdə, digər versiyalar da daxil olmaqla uzadılan yastı füzelaja və V-şəkilli quyruq pərlərinə malik variant da təklif edilmişdi. Bütün versiyaların perspektivli layihə ilə bağlı məlum olan məlumatlarla uğurla uyğunlaşdırılması da maraq doğurur. 
 
Çin Hərbi Hava Qüvvələrinin reklamlarından və NORINCO jurnalından alınan H-20-nin iki son versiyası xüsusi maraq doğurur. Məsələ burasındadır ki, bu dəfə məlumatlar naməlum mənbələrdən deyil, rəsmi strukturlardan daxil olur. Çin HHQ-si hərbi xidməti reklam edərkən həqiqətən maraqlı layihənin mövcud olduğu bir şəraitdə, olmayan modellər ilə gəncləri xidmətə çağırması ehtimalı da sıfıra bərabərdir. 
 
Çinin "Müasir Silahlanma" jurnalında da vəziyyət eynidir. Mütəmadi olaraq maraqlı Çin inkişaflarından yazan jurnal imicini qorumağa çalışır. Beləliklə, bu nəşrdəki yeni şəkillər də real layihəyə uyğun gələ bilər. Bununla birlikdə, müəyyən məlumatları gizlətmək üçün müəyyən qəsdən yol verilən bəzi "səhvləri" istisna etmək də olmaz.
 
H-20 görünüşünün bu il göstərilən son iki variantı bir-biri ilə ziddiyyət təşkil edir. Beləliklə, Hava Qüvvələri videosunda, "Modern Silahlanma"dan görüntülərdə yer alan şaquli quyruğu olmayan "uçan qanad" açıq şəkildə görünür. Ayrıca, reklamdakı təyyarə daha böyük hava girişləri ilə fərqlənir. Burun hissəsinin profilində də bəzi fərqlər mövcuddur. 
 
Gizli gələcək
 
Xarici mətbuatda yer alan xəbərlərə görə, Çin yeni bombardmançısını keçən il Zhuhai aviasiya sərgisində təqdim etməyi planlaşdırırdı. Lakin keçən ilin planları yenidən nəzərdən keçirildi və "Airshow China 2020" sərgisi yüksək premyera olmadan baş tutdu. "Xian" şirkəti H-20-ni nümayiş etdirmək üçün yeni bir planını hələ açıqlamayıb. Lakin növbəti sərgiyə cəmi bir neçə ay qalıb və tezliklə bu proqram ilə bağlı yeni xəbərlər gözlənilir. 
Göründüyü kimi ilk H-20 bombardmançısının nümayişini çox gözləməli olmayacağıq. Bir neçə il əvvəl xarici KİV-lər H-20-nin 2025-ci ildə istismara verilməsinin vacibliyini bildirirdilər. Buna görə indiyə qədər bir prototip inşasına başlandığını və hətta sınaqlara çıxarıldığını deyə bilərik. Sınaqların bir hissəsini keçmiş hazır prototip təyyarə isə artıq geniş kütləyə təqdim edilə bilər.
Hərbi Hava Qüvvələrinin və nüvə qüvvələrinin inkişafı üçün xüsusi əhəmiyyət daşıdığından, Çin yeni inkişafını uzun müddət gizli saxlayacağı inandırıcı deyil. H-20 yeni bir strateji çəkindirmə vasitəsi olmalıdır, məhz buna görə də potensial bir düşmənə açıq bir siqnal göndərmək üçün bu təyyarə mümkün qədər tez təqdim edilməlidir.
 
Qaynar maraq
 
H-20 təyyarəsinin erkən nümayişi ehtimalı durmadan artır. Və bu rəsmi strukturların son materialları ilə də əlaqələndirilə bilər. Reklam çarxından və jurnalda dərc olunan kadrların perspektivli bir layihəyə marağı artırmaq məqsədi daşıdığı istisna edilmir. Bəlkə də bu, gələcək tədbirlərdən birində gözlənilən premyera ilə bağlıdır. 
 
Son bir neçə ilin əsas premyerası üçün layiqli platforma adına layiq olan ən yaxın böyük aviasalonun başlanmasına cəmi bir neçə ay qalıb. Bu o deməkdir ki, istənilən vaxt yeni layihənin müəyyən xüsusiyyətlərini ortaya qoyan yeni materiallar peyda ola bilər.  Bununlara baxmayaraq ən vacib və ən populyar hadisə, müntəzəm məlumat sızmaları və ya rəsmi nəşrlər deyil, yeni tip ilk təyyarənin tam həcmli prototipinin nümayişindən ibarət olacaq.
 
Ədalət Verdiyev, hərbi ekspert






Fikirlər