Əsas Səhifə > Dünya > Rusiya QARABAG münaqişəsi

Rusiya QARABAG münaqişəsi


5-04-2016, 21:00

Lukaşeviç: Yaranmış atəşkəs rejiminə ciddi əməl olunmalıdır 

Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəsə ciddi şəkildə riayət etməyə çağırır.

 AzerTaym.az TASS-a istinadən xəbər verir ki, bunu o, ATƏT-in Daimi Şurasının regiondakı vəziyyətə həsr olunmuş xüsusi iclasında bildirib.

"Tərəfləri atəşi dərhal və tam dayandırmağa və gələcəkdə təmkinlilik nümayiş etdirməyə çağırıram", — deyə o qeyd edib.

Lukaşeviç, həmçinin əlavə edib ki, yaranmış atəşkəs rejiminə ciddi şəkildə əməl olunmalıdır.


Geri qayıt