Əsas Səhifə > Dünya > “BƏDBƏXT QOYUN, DÜŞMƏNİMİZ TÜRKİYƏ YOX, RUSİYADIR”
“BƏDBƏXT QOYUN, DÜŞMƏNİMİZ TÜRKİYƏ YOX, RUSİYADIR”21-04-2016, 22:17 |
“Ermənistan artıq ayılır, Rusiyanın əsarətindən qurtulmağa çalışır. Əgər əvvəllər Rusiyanın buradakı agentlərinin və nökərlərinin təsiri altında olan insanların sayı çox idisə, indi onlar qəflət yuxusundan ayılırlar, situasiyanı dəqiq dəyərləndirməyə başlayırlar. Yalnız şərəfsizlər və casuslar hələ də deyirlər ki, “Rusiya Ermənistanın müdafiəçisidir, Ermənistanı Türkiyədən qoruyur”. Milli.az xəbər verir ki, bunu Ermənistandakı “Birinci İnformasiya Kanalı”na verdiyi müsahibəsində Ermənistan Milli Müqəddərat Birliyinin lideri, ölkənin ən məşhur müxalif siyasətçilərindən biri Paruyr Hayrikyan deyib. O, öz fikirlərini belə davam etdirib: “Beləsinə deyirsən ki, axı sən axmaq deyilsən, olmaya Türkiyə bizə müharibə elan edib, Ermənistana hücum edib ki, Rusiya bizi müdafiə etsin?! Yəni bu casuslar ermənilərin mühacir mentalitetindən istifadə edirlər. Məsələn, erməni Van şəhərindən qaçanda rus əsgərinin uşağı ata mindirməsindən kövrəlir, amma anlamır ki, elə həmin rus əsgəri Vanı viran qoyub. Və həmin adamlar deyirlər ki, Dağlıq Qarabağ təhlükədədir. Dağlıq Qarabağ erməniləri yox, Ermənistan təhlükədədir”.
Paruyr Hayrikyan fikirlərini belə davam etdirib: “Çox pis, ağır vəziyyətdəyik. Millət olaraq çökmüşük. İnsanlarımız küçələrə çıxaraq Serj Sarkisyanın istefasını tələb edirlər. Amma mən belə demirəm, çünki bilirəm ki, Serj Sarkisyan getsə, Qalust Saakyan gələcək. Sarkisyan casusdursa, Qalust Saakyan “peşka”dır. Yəni casusun “peşka”sı taleyimizi həll etməlidir?! İnqilab etmək olardı, amma ölkədə inqilab etməyə layiq, inana biləcəyimiz siyasi qüvvə yoxdur”.
Geri qayıt |