Əsas Səhifə > Dünya > “İŞİD lideri Əbu Vahib məhv edilib”

“İŞİD lideri Əbu Vahib məhv edilib”


10-05-2016, 08:16

7486

Koalisiya üzvlərinin İraqda keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. 

“Report”un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk keçirdiyi brifinqdə məlumat verib.

“Koalisiya İŞİD-in Ənbar əyalətindəki hərbi liderlərindən biri Əbu Vahibi məhv etmək üçün onun olduğu əraziyə avia zərbə endirib. Əbu Vahib “Əl Qaidə” terror təşkilatının keçmiş üzvüdür. O, İŞİD-in cəza videogörüntülərində də yer alıb” – deyə Pentaqon rəsmisi bildirib.
O, əlavə edib ki, aviazərbə uğurlu nəticələnib və Əbu Vahib öldürülüb. Onunla birlikdə daha 3 silahlı məhv edilib.

 


Geri qayıt