Əsas Səhifə > Dünya > Ərdoğanın Çiprasdan “Putin istəyi”:
Ərdoğanın Çiprasdan “Putin istəyi”:31-05-2016, 16:19 |
“Türkiyə-Rusiya sərhədində Rusiyaya aid Su-24 təyyarəsinin vurulmasında NATO-nun barmağı var idi”. Publika.az xəbər verir ki, bu barədə türkiyəli politoloq Ömür Çelikdönmez deyib. Politoloq qeyd edib ki, bu haqda ona kəşfiyyat işləri ilə məşğul olan bir dostu deyib: “Həmin dostum bildirdi ki, Türkiyə-Rusiya münasibətlərindən yazırsınız, amma bir məsələni unudursunuz. Xatırlayırsanmı, Ərdoğanla Putin arasında dostu-düşməni qısqandıran bir söhbət var idi. Hətta Putin Ərdoğan haqda “əsil kişidir” deyə bildirmişdi. Birlikdə hazırlanan layihələrlə Avropa Birliyi və ABŞ-ın qarşısına çıxmışdılar. Rusiya təyyarəsinin vurulmasına qədər bu belə idi. Rusiya təyyarəsinin vurulmasında da Türkiyə-Rusiya yaxınlaşmasının qarşısının alınması məqsədi var idi və NATO bu prosesin içində yer alırdı”, - deyə kəşfiyyat xidmətlərində çalışmış dostum bildirdi”.
Lakin Ö. Çelikdönmez rus-türk münasibətlərinin tezliklə yoluna düşəcəyini hesab etmir: “Hazırda Türkiyə və Rusiya ayrı-ayrılıqda Suriyada ciddi siyasi dəyişiklik hazırlayır. Türkiyə tərəfindən bu prosesi qeyri-rəsmi şəkildə Doğu Perinçək və adamları aparır. Rusiya da öz növbəsində ciddi dəyişiklər hazırlayır. Rusiyanın Suriya üçün hazırladığı yeni konstitusiyada ölkənin adından “ərəb” sözü silinir, azad ticarət yaradılır. Rusiya bu addımları ilə İslam dünyasında düşmən obarızını silməyə çalışır. Putinin bu yaxınlarda Kazanda təşkil olunan “Rusiya-İslam dünyası” toplantısında çıxışı da bunu deməyə əsas verir. O cümlədən, İran da Suriyada siyasət dəyişdirməyə hazırlanır”, - deyə politoloq qeyd edib. Geri qayıt |