Əsas Səhifə > Dünya > Hakan Şükür də GÜLƏNDƏN imtina etdi -
Hakan Şükür də GÜLƏNDƏN imtina etdi -25-08-2016, 12:00 |
“Mən belə olduqlarını bilmirdim. Prezidentin yanındayam”. Bunu Türkiyə futbol millisinin keçmiş üzvü Hakan Şükür Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı sosial şəbəkədə yazıb. 15 iyul çevriliş cəhdinən sonra həbs edilməsinə qərar verilən və atası həbs edilən Hakan Şükür bağlamış olduğu “Twitter” hesabını yenidən açaraq bir sıra açıqlamalar verib. “Bir idmançı olaraq kimi tanıya bilərsən, baş verənlərin harasında ola bilərsən, məsələyə nə dərəcədə aidiyyyatın ola bilər. Bütün hər şeyin hüquqi və qanuni olduğu günlərdə xeyir əməl saydığımızın, söylədiyimiz bir sözün bu gün qanunsuzluq ola biləcəyini hardan bilə bilərdik. Mən ürəyimdən keçənləri söylədim.Kim nə etdisə inşallah ki, cəzasını çəkər. Kiminsə xətrinə dəymişəmsə üzr istəyir, haqlarını halal etmələrini xahiş edirəm. Faydası olacaqsa, ölkəmdə son dövlərdə baş verənlərlə əlaqədar bildiyim və hiss etdiklərimi sizinlə bölüşəcəm. Ölkəmi, bayrağımı, millətimi çox sevdiyimi və bu günə qədər necə təmsil etdiyimi söyləməyə ehtiyac duymuram. Yenidən prezidentimizə, hökumətimizə, demokratiyamıza qarşı törədilən xain təşəbbüsü lənətləyir, şəhidlərimizə rəhmət diləyirəm. Ölkəmdə ictimi asayişin, sülh və sabitliyin bərpa olunmasını arzu edirəm. Allah dövlətimi, ölkəmi, millətimi qorusun. Amin”,- deyə o yazıb.
Geri qayıt |