Əsas Səhifə > Dünya, Slayd > ”Wikileaks”-dən Hillari Klintona zərbə -
”Wikileaks”-dən Hillari Klintona zərbə -8-10-2016, 16:20 |
“Wikileaks” saytı ABŞ-da demokratların prezidentliyə namizədi olan sabiq dövlət katibi Hillari Klintonun seçki kampaniyasını icra edən qrupun rəhbəri Con Podestaya aid 2060 elektron məktubu dərc edib. Avropa.info xəbər verir ki, sayt ilk hissəsi 2060 elektron məktubdan ibarət “Podestà sızıntısı”nın 2008-2016-ci illərdəki yazışmaları əhatə etdiyini və davamının olacağını açıqlayıb. Klintonun dövlət katibi vəzifəsindən ayrıldıqdan sonra “Wall Street” şirkətləri üçün pul müqabilində etdiyi çıxışlarının mətnlərinin də sızdırılan sənədlər arasında olduğu bildirilir. Podestaya gələn minlərlə elektron məktubun arasında Türkiyənin də aralarında olduğu bir çox ölkə ilə bağlı xarici siyasət analizləri də daxil olmaqla çoxlu sayda yazışma var. “Wikileaks”in qurucusu Culian Assanc bu həftədən etibarən yeni sənədləri dərc edəcəklərini, bunların “Google” və ABŞ-dakı seçki kampaniyası, müharibələr, silah satışları və neft sənayesi kimi mövzuları əhatə edəcəyini bildirib. İlk dəfə bu ilin iyun ayında Demokrat Partiyasının rəhbərliyi tərəfindən gündəmə gətirilən kiber hücum məsələsinin arxasında Rusiyanın olub olmadığı uzun müddət müzakirə olunmuşdu. Hillari Klinton iyul ayının sonunda açıq olaraq Rusiyanı ittiham etmiş, rəsmi Moskva isə bu ittihamları rədd etmişdi.
Geri qayıt |