Əsas Səhifə > Dünya > Kürd lideri:

Kürd lideri:


25-12-2016, 10:59

“PKK-nın Şenqalda mövcudluğu qeyri-sabitliyə gətirib çıxarır.

PKK Şenqal bölgəsindən çıxmalıdır. Ehtiyac olarsa güc tətbiq etmək məcburiyyətində qalarıq”.

 Modern.az saytı xəbər verir ki, bunu Şimali İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Necirvan Bərzani bildirib. Necirvan Bərzani  qeyd edib ki, Şenqalda quruculuq işlərinin aparılmamasının səbəblərindən biri də məhz PKK-nın oradakı varlığıdır: “Şenqal əhalisi gələcəyindən əmin olmadığı üçün o şəhərə geri dönmür. Yenidən atışmaların baş verəcəyindən qorxurlar. PKK bunu dərk etməlidir”.

Qeyd edək ki, sözügedən bölgə Kürd Muxtariyyətinin tərkibində olsa da, faktiki olaraq PKK nəzarətindədir.


Geri qayıt