Əsas Səhifə > Dünya > Dünyada ilk dəfə
Dünyada ilk dəfə10-01-2017, 18:39 |
Dünyada ilk dəfə tamamilə "yaşıl enerji" əsasında fəaliyyət göstərəcək məscid tezliklə Omanda istifadəyə veriləcək
"AzerTaym.az" Trend-ə istinadən xəbər verir ki, layihənin baş memarı Bədr Əl-Hədəbi işlərin 90 faizinin başa çatdığını bildirib: "Hazırda məscidin dam örtüyündə günəş panelləri quraşdırılır".
O qeyd edib ki, binanın içində 50-dək insan ibadət edə biləcək. Baş memar belə az tutumun səbəbini binanın havalandırılması üçün çox böyük həcmdə enerjinin tələb olunması ilə izah edib.
Geri qayıt |