"Usadailyinfo.com" xəbər verir ki, “Air Force One” (“Bir nömrəli bort” – ABŞ prezidentlərini daşıyan təyyarə belə adlanır) ilə ilk uçuşundan sonra təyyarədən enən Tramp onu qarşılayan hərbçilərlə olduqca sadə və səmimi görüşüb. Protokola uyğun olaraq ona hərbi salam verən hava qüvvələrinin polkovnikini Tramp da eyni qaydada salamlayıb, daha sonra isə “Çox sağ olun” deyib.