Əsas Səhifə > Dünya, Slayd > 26.07.2014- Ərdoğanın oğlu Azərbaycan neftini daşımaq üçün Mənsimovdan gəmi kirayələyib
26.07.2014- Ərdoğanın oğlu Azərbaycan neftini daşımaq üçün Mənsimovdan gəmi kirayələyib26-07-2014, 14:12 |
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan azərbaycanlı milyarder Mübariz Mənsimovdan gəmi alması barədə yeni məlumat yayılıb. Virtualaz.org xəbər verir ki, denizhaber.com.tr portalı Bilal Ərdoğanın M.Mənsimovdan “Məcid Aslanov” adlı tankeri almadığını, 10 illiyinə kirayələdiyini yazıb. Bundan əvvəl Türkiyə mətbuatı baş nazirin oğlunun “Məcid Aslanov” tankerini 35 milyon dollara aldığına dair xəbər və sənədlər yaymışdı. Yeni məlumatda isə deyilir ki, baş nazirin oğlu Nəcməddin Bilal Ərdoğan, qardaşı Mustafa Ərdoğan və yeznəsi Ziya İlgenin ortaq olduğu “BMZ Group” dənizçilik şirkəti tərəfindən 17 milyon dollar inşa edilən , xam neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan “Məcid Aslanov” tankeri 10 illiyinə “Palmali Denizçilik” şirkətindən kirayə götürülüb. Türkiyə bayrağı altında üzən tanker bu il sentyabrın 1-də ilk səfərinə çıxacaq. “Deniz Haber Ajansı”nın əldə etdiyi məlumata görə tanker Qara dəniz və Ağ dəniz akvatoriyasında fəaliyyə göstərəcək, Azərbaycan neftini daşıyacaq. Bundan əvvəl Türkiyə müxalifəti Ərdoğanın oğlunun Azərbaycan neftinin İsrailə daşınması ilə məşğul olduğunu iddia etmişdi. Türkiyə mətbuatı xatırladır ki, baş nazirin digər oğlu Burak Ərdoğanın da gəmiçilik biznesi var. 7 min tonluq yük qabiliyyətinə malik olan “Məcid Aslanov” tankeri bu ilin iyun ayında suya buraxılıb. Gəmi Tuzla tərsanələrindən birində inşa edilib. Məcid Aslanov “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun babasıdır, İkinci Dünya müharibəsinin iştirakçısı olub, 1993-cü ildə vəfat edib. Geri qayıt |