Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb:

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb:


18-06-2017, 10:22

Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

 


Geri qayıt