Əsas Səhifə > Dünya > Türkiyədə kazarmada yanğın və partlayış:

Türkiyədə kazarmada yanğın və partlayış:


13-07-2017, 11:42

Türkiyənin Kilis vilayətində "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərin qaldığı konteynerlərdən ibarət kazarmada yanğın baş verib.

Əsən güclü külək nəticəsində yanğın silah anbarına keçib, bir sıra döyüş sursatları partlayıb.
Qatı tüstüdən zəhərlənən 10 hərbçi xəstəxanaya yerləşdirilib.
Yanğının söndürülməsinə helikopter də cəlb olunub.
Hazırda hansı səbəbdən baş verdiyi araşdırılan yanğın söndürülüb/Trend.

Geri qayıt