Əsas Səhifə > Dünya > Milyarder Mixail Qutseriyev
Milyarder Mixail Qutseriyev31-08-2017, 15:50 |
"Russneft" və "Neftisa" neft şirkətlərinin sahibi, rusiyalı milyarder Mixail Qutseriyev neft sektorundakı biznesinin bir hissəsini oğlu Səidə ötürüb. "APA-Economics" xəbər verir ki, bu barədə Mixail Qutseriyev "Forbes" jurnalına müsahibəsində bildirib. Qeyd edək ki, Səid "Eldorado", "M.Video" və "Texnosila" şirkətlərində də paya malikdir. Səid Qutseriyev "Eldorado" və "M.Video" şirkətlərinin Direktorlar Şurasına rəhbərlik edir, lakin onun əsas iş yeri "Fortinvest" şirkəti sayılır. Bu şirkət neft emalı və neft məhsullarının satışı ilə məşğuldur. Səid 2014-cü ildən etibarən şirkətin baş direktorudur. "Forbes" jurnalının son reytinqinə əsasən Qutseriyevlər Rusiyanın ən zəngin ailəsidir. Maraqlıdır ki, səhmlərinin bir hissəsini oğluna ötürdükdən sonra Mixail Qutseriyevin sərvəti 6,3 mlrd. dollardan 5,5 mlrd. dollaradək azalıb. Geri qayıt |