Əsas Səhifə > Dünya > Rusiyada "kiborq-qız" yeni hərbi geyimi
Rusiyada "kiborq-qız" yeni hərbi geyimi1-11-2017, 20:13 |
Rusiyada “Ratnik-2” minayadavamlı hərbi geyim sınaqdan keçirilib. Virtualaz.org lenta.ru saytına istinadən xəbər verir ki, Rusiya Elmi-Tədqiqat İnstitutunun maşınqayırma mərkəzinin əməkdaşı Viktoriya Kolesnikova geyimi sınaqdan keçirmək üçün minalanmış əraziyə daxil olub. Videodan da görünür ki, partlayış zamanı çıxan alov və qəlpələr ona heç bir xəsarət yetirə bilmir. Bundan başqa, geyim həm də 100 metr məsafədən atılan “Draqunov” snayper tüfəngindən atılan gülləyə də davam gətirə bilir. “Ratnik-2” geyiminin elementlərindən orduda istifadə olunur. Bu geyim daha əvvəl hazırlanan gülləyədavamlı geyimlərdən çəkisinin azlığı, gülləkeçirməz jiletin yeksək qoruyuculuq qabiliyyətinə görə fərqlənir. Hazırda bu nümunədən başqa bəzi yeni gecə görmə cihazları, həmçinin 5,45 və 7,62 mm kalibrli avtomatlar da sınaqdan keçirilir. Virtualaz.org Geri qayıt |