Əsas Səhifə > Dünya > Rusiyada saxlanılanların sayı

Rusiyada saxlanılanların sayı


6-11-2017, 17:09

Rusiyada saxlanılanların sayı 300-ü keçib

Rusiyanın paytaxtında ötən gün saxlanılanların sayı açıqlanıb. “AzerTaym” Rusiya KİV-nə istinadən xəbər verir ki, polis Milli Qvardiya Qoşunlarının Federal Xidməti ilə birgə ictimai asayişi pozmaq istəyən 302 nəfəri saxlayaraq DİN-in növbətçi hissələrinə aparıb.Baxış zamanı onların üzərlərindən kəsici-deşici alətlər, travmatik silah, beşmarmaq, aerozol qaz balonu, asan alışan mayelər, maskalar, eynəklər, dəbilqələr, həmçinin məhkəmə qərarı ilə Rusiyada fəaliyyəti qadağan edilən “Artpodqotovka” təşkilatının atributları götürülüb. 


Geri qayıt