Əsas Səhifə > Dünya > İranda yenə

İranda yenə


14-11-2017, 08:51

İranda yenə zəlzələ oldu

İran- İraq sərhədində 4,5 bal gücündə zəlzələ baş verib.

“AzerTaym” APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri İran-İraq sərhədində, İranın Sərpol Zəhab şəhərindən 11 km şimalda, ocağı 40 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
 
Noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində 445 nəfər ölüb, 2 minə yaxın insan xəsarət alıb.


Geri qayıt