Əsas Səhifə > Dünya > İsrail “HƏMAS”-ın təlim düşərgələrini

İsrail “HƏMAS”-ın təlim düşərgələrini


18-12-2017, 09:29

İsrail “HƏMAS”-ın təlim düşərgələrini bombaladı

İsrail ordusu "HƏMAS"-ın təlim düşərgələrini bombalayıb.

Publika.az xəbər verir ki, “HƏMAS”-ın Qəza sektorunun şimalında yerləşən təlim düşərgəsi İsrail ordusuna məxsus təyyarələr tərəfindən atəşə tutulub. Ötən gün İsrail mövqelərinə atılan hava zərbələrinə cavab olaraq bombalanan düşərgədə 3 obyekt tamamilə məhv edilib.

İsrail ordusu Qəza sektoruna istiqamətlənən bütün zərbələrə “HƏMAS”-ın məsuliyyət daşıdığını bildirib.

Xatırladaq ki, ötən həftə Qəza sektorundan buraxılan 2 raket İsrailin cənubunda Xof Aşkelon ayalətinin ərazisinə düşüb və bir sıra infrastrukturları dağıdıb.


Geri qayıt