Əsas Səhifə > Dünya > Kral Salmanın SARAYINA raket atıldı
Kral Salmanın SARAYINA raket atıldı19-12-2017, 16:09 |
Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda partlayış baş verib. AzerTaym.az xəbər verir ki, bu barədə “Routers” xəbər agentliyi hadisə şahidlərinin ifadəsinə əsasən məlumat yayıb. Şahidlər şəhərdə şiddətli partlayış səsləri eşidildiyi və duman qalxdığını deyib. Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya isə paytaxtın cənubunda bir ballistik raketin qarşısının alındığını bildirib. Bu hadisələrdən dərhal sonra Yəməndəki daxili çəkişmələrin tərəflərindən biri olan Husilər Ər-Riyada doğru bir raket atdıqlarını açıqlayıb. Təşkilat raketin Kral Salmanın sarayına atıldığını bildirib. Geri qayıt |