Əsas Səhifə > Dünya > ABŞ Milli Təhlükəsizlik Agentliyinin

ABŞ Milli Təhlükəsizlik Agentliyinin


6-01-2018, 10:46

 

8

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru, admiral Maykl Rocers istefaya gedir.APA-nın xəbərinə görə, bu barədə “Washington Post” məlumat verib.

Məlumata əsasən, Agentlik rəhbəri əməkdaşlarına yazda vəzifəsini tərk edəcəyini elan edib.

Maykl Rocers MTA-nın rəhbəri vəzifəsinə 2014-cü ildə eks-prezident Barak Obama tərəfindən təyin edilib. Bundan əvvəl 30 illik hərbi təcrübəyə malik admiral Sakit okean donanmasının bir sıra kəşfiyyat əməliyyatlarına başçılıq edib və ABŞ Hərbi-Dəniz Qüvvələri kiberkomandanlığının rəhbəri olub.

Məlumata görə, Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbərinin adı yanvarda bilinəcək . Donald Tramp tərəfindən irəli sürülən şəxsin namizədliyi Senatda təsdiq olunmalıdır.

 


Geri qayıt