Əsas Səhifə > Dünya > TÜRK ƏSGƏRİ addıım-addım AFRİNƏ DOĞRU -

TÜRK ƏSGƏRİ addıım-addım AFRİNƏ DOĞRU -


5-03-2018, 09:54

Türk əsgəri addıım-addım Afrinə doğru - "Frıtına" bombardmana başladı

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatının 45-ci günüdür.

Türkiyə Baş qərargahından verilən məlumata görə, hərəkat çərçivəsində bugündək 2668 terrorçu zərərsizləşdirilib.

Publika.az-ın məlumatına görə, son irəliləmələrlə Cinderesin Afrinlə mərkəzi quru yolu kəsilib. Beləliklə, Cinderes əhəmiyyətli dərəcədə birləşmiş qüvvələr tərəfindən mühasirəyə alınıb.

Hərəkat çərçivəsində TSQ və ASO Şeyx Hədid, Raco və Şəran bölgələrinin bəzi hissələrini terrorçulardan təmizləyib.

Türkiyə Silahlı Qüvvələri tərəfindən Kilis-Hatay xəttinin kəsişməsində olan Raco dağında məskunlaşan terrorçulara aid hədəflər havadan qırıcılar, qurudan isə “Fırtına” tankları ilə bombardman edilib. Sərhəd xəttində yerləşən kəndlərə əlavə hərbi qüvvə göndərilib.

Hərəkatın başlnağıcından etibarən TSQ və ASO 3-ü mərkəz olmaqla, 102 kənd, 6 yaşayış məntəqəsi və 22 strateji dağ-təpəni, biri YPG/PKK-ya aid hərbi baza olmaqla, 134 nöqtəni ələ keçirib.

Qeyd edək ki, "Zeytun budağı" hərəkatı Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən yanvarın 20-də başlayıb.

 


Geri qayıt