Əsas Səhifə > Dünya > QƏRB siyasətində yeni QALMAQAL və
QƏRB siyasətində yeni QALMAQAL və21-03-2018, 15:00 |
“Cambridge Analytica” adlı analitik şirkət siyasətçilərə öz rəqiblərini Ukrayna fahişələri ilə şantaj etməyi təklif edib Son günlərin əsas mövzularından biri dünyanın ən populyar sosial şəbəkələrindən biri, facebook-un üzləşdiyi qalmaqaldır. Məlum olduğu kimi, “Cambridge Analytica” adlı şirkət “facebook”da 50 milyon insan haqqında məlumatlardan istifadə edərək bundan seçki kampaniyalarında iyrənc məqsədlərlə yararlanırmış. ABŞ-ın “The Daily Beast” qəzeti həmin olayın təffərrüatını verib. Qəzetin yazdığına görə, Channel 4 kanalının əməkdaşları potensial müştəri cildinə girərək “Cambridge Analytica” şirkətinin rəhbərliyi ilə görüşməyə müvəffəq olublar. Şirkətin top menecerləri onlara müraciət edən siyasətçilərə öz rəqiblərini rüşvət və fahişələrin köməyi ilə tələyə salmaq, həmçinin onlar haqqında kompromatları internetə ötürməklə sıradan çıxarmağı təklif edibmişlər. Məqalə müəllifi Niko Hayns vaxtilə “Cambridge Analytica”da çalışan keçmiş əməkdaşın şirkətin bu cür əməllərini, o cümlədən “facebook”dakı 50 milyon insanın hesabından istifadə olunduğunu faş etdiyini yazıb. “Cambridge Analytica”nın baş direktoru Aleksandr Niks “Channel 4”-ün jurnalistlərinə bildirb ki, onların agentləri dünyanın hər yerində çalışır və yaxalanmaları mümkün deyil.
Niksin həmkarı, “Cambridge Analytica Politica Global”ın direktoru Mark Ternböl deyib: “Biz sadəcə məlumatı internetin sisteminə yerləşdirir və daha sonra onun necə şişdiyinə baxırıq. Qalmaqalın böyüməsi üçün özümüz əl altından çalışırıq. Bu lap idarəetmə pultu kimi bir şeydir. Bütün proses elə baş verməlidir ki, heç kim bunun təbliğat (qara, yəni rəqibin lehinə-red.) olduğunu bilməsin. Çünki əgər bunun təbliğat olduğunu düşünsən, avtomatik olaraq beyində ikinci sual yaranır: “Bunu buraya kim qoyub?”
Şirkətin rəhbərliyi “Mossad” (İsrail), Mİ-6 (Britaniya əks-kəşfiyyat), Mİ-5-ın (Britaniya xarici kəşfiyyat) keçmiş əməkdaşları ilə işlədiklərini söyləyiblər. Şirkət onların gizli və kompromat xarakterli informasiya əldə etmək bacarığından istifadə edirmiş. “Biz özümüzü gizli saxlamağı bacarırıq. Müştərilərimiz özləri bizdən əməkdaşlığı məxfi saxlamağı tələb edirlər. Bunun üçün kölgədə qalaraq müxtəlif mexanizmlərdən istifadə edirik”, -Aleksandr Niks “Chaneel 4”-ün əməkdaşlarına deyib. “The Daily Beast” “Cambridge Analytica” şirkəti ilə bağlı maraqlı bir məqamın olduğunu qeyd edir. Məlumatlara görə, “Cambridge Analytica”nın ABŞ-ın indiki prezidenti Donald Trampa çalışması ilə bağlı xüsusi araşdırma başlayıb. 2016-cı ildə Donald Trampın seçki qərargahı şirkətə 5,9 milyon dollar pul ödəyibmiş. Şirkətin bir qismi Respublikaçılar partiyasının sponsorlarından, habelə Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasında (Breksit) xüsusi fəallıq göstərmiş milyarder Merserlər ailəsinə (başçısı “Renaissance Technologies” şirkətinin sahibi Rober Merserdir-red.) məxsusdur. Onun idarə heyətində radikal sağçı, dünyadakı faşist hərəkatlarının ilham qaynağı rolunu oynayan, Donald Trampın keçmiş müşaviri Stiv Bennon da daxil olub. Stiv Bennon Aleksandr Niks bununla bağlı Şri-Lankadakı seçkilərdə çıxardıqları hoqqalardan danışıb. “Məsələn, rəqibinin homoseksual olması barədə şayiə uydyrursan və onu internetdə yaymağa başlayırsan. Və ya “Cambridge Analytica” hardasa gizli kamera quraşdıraraq siyasətçinin ağzından çıxan hər hansı qalmaqallı sözü yazır, şirkət hətta onu rüsvay etmək üçün eskort qızlar belə göndərir”. “Biz sizə bir neçə ukraynalı qız təklif edə bilərik. Onlar çox gözəldirlər. Hesab edirəm ki, sizin işlə bağlı çox yarayacaq”, - Niks təklifini edib. Şirkət rəhbərləri potensial müştərilərinə sosial şəbəkələrdə əldə etdikləri çıxışa görə seçicilərin necə düşündüklərini analiz edə bildiklərini söyləyiblər. Geri qayıt |