Əsas Səhifə > Dünya > HƏBSXANADA QİYAM,

HƏBSXANADA QİYAM,


29-03-2018, 08:59

Həbsxanada qiyam, 78 nəfər öldürüldü

Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 68-nin kişi, 10-nun qadın olduğu bildirilir.

Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. 

Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir. İnsidentin səbəbləri açıqlanmır. Şahidlərin sözlərinə görə, əvvəl atəş səsləri eşidilib, daha sonra isə cəzaçəkmə müəssisəsində yanğın başlayıb.

 





 


Geri qayıt