Əsas Səhifə > Dünya > TRAMP Suriyaya 200 milyonluq

TRAMP Suriyaya 200 milyonluq


31-03-2018, 12:08

Tramp Suriyaya 200 milyonluq yardımı dondurdu

ABŞ prezidenti Donald Tramp Suriyanın bərpası üçün 200 milyon dolların ayrılmasını dayandırıb.

“AzerTaym” xəbər verir ki,  bu barədə The Wall Street Journal öz mənbəsinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Tramp KİV-də ABŞ -ın bu öhdəliyi ilə bağlı məlumatı oxuduqdan sonra belə bir qərar qəbul edib.

Qeyd edək ki, daha əvvəl eks-dövlət katibi Reks Tillerson Vaşinqtonun Suriyaya dəstək məqsədi ilə əlavə 200 milyon dollar ayıracağını açıqlamışdı.


Geri qayıt