Əsas Səhifə > Dünya > DÜŞMƏNSİZ NƏ ETMƏLİ?! – Trampın Putinlə görüşü
DÜŞMƏNSİZ NƏ ETMƏLİ?! – Trampın Putinlə görüşü21-07-2018, 18:50 |
“Dünyaya həmişə bir-birinə düşmən ola böyük dövlətlər lazımdır. Bizim tarixidən aldığımız sərt dərs belədir.Məhz böyük dövlətlərin xarici siyasətləri əsasən bu özül üzərindən qurulur.Çünki mövcud düşmənin yoxluğu böyük dövlətlərin onilliklər ərzində qurduğu bütün strategiyanı alt-üst etmək riski yaradır”. “AzPolitika.info” məlumat verir ki, bu fikirlər İtaliyanın “Gli Occi Della Guerra” nəşrində yer alan məqalədə əksini tapıb. “Dünyaya düşmənlər lazımdır:Tramp və Putin qorxu yayırlar” adlı məqalədə daha sonra bildirilir: “Bir çoxları hadisələrin bu cür hal almasını təhlükəli hesab edir.Lakin digərəri, ələlxsus da böyük hərbi aparatlarda əyləşənlər hesab edirlər ki, ənənəvi düşmənin varlığı haradasa təhlükəsizliyə təminat deməkdir. Bu, öz alyans siyasətini həyata keçirmək üçün lazımdır.Çünki ümumi düşmənin varlığı ortaq maraqlardan daha faydalıdır. Hər bir dövlətin öz düşməni var. Uzun illər əzində böyük dövlətlər tarixi düşmənçilik üzərində etibarlı alyanslar qurublar, beynəlxalq sistem yaradıblar. Bu, ilk baxışda bitməık bilməyən soyuq və ya ilıq münaqişələrdir. Müasir dövrün iri miqyaslı beynəlxalq böhranları strateji rəqabətə əsaslanır və kökləri uzaq tarixlərə gedib çıxır. Bu münaqişələri həll etmək üçün siyasi iradə olsa belə bir çox strukturlar bunu qətiyyən arzulamırlar.Ona görə ki, düşmənin varlğı onları legitimləşdirir. Buna sübut kimi Donald Tramp və Vladimir Putinin Helsinkidəki sammitidir. Bir çoxları bu sammitin baş tutmasından qorxuya düşüb. Amerika prezidenti ilə keçirdiyi mətbuat konfransında Putinin söylədiyi bir fraza çox diqqət çəkicidir: “Soyuq müharibə artıq çoxdanır ki, qurtarıb. İki ölkə arasındakı sərt ideoloji qarşıdurma uzaq keçmişdə qalıb, dünyadakı vəziyyət kardinal şəkildə dəyişib.” İş ondadır ki, məhz həmin keşmiş, Putinin bitdiyini dediyi soyuq müharibə iyrmi il bundan əvvəl yaradılmış bütün iri hərbi aparatların və onların strategiyasının mövcudluğunun səbəbidir. O, inqilabçı deyl. Lakin o, artıq çoxdandır ki, Rusiya ilə yaxşı münasibətlərin formalaşdırılmasına çalışan və hipotetik olaraq Avropaya daha az diqqət yetirən Amerika xüsusi nəzəriyyəsinin bariz nəticəsidir. Bu Trampın pasifist olması mənasına gəlmir. ABŞ prezidenti sadəcə olaraq öz düşmənlərini dəyişir. Rusiya onu maraqlandırmır, çünki indiki halda Çin daha çox problem törədir. Həmçinin İrana daha çox diqqət ayırmaq lazım gəlir.Bir çoxlarının fikrinə görə, bu nəinki bir dövrün sona çatması, hətta dünyanın sonu mənasına gəlir. Əgər Tramp və Putin şərq cəbhəsindəki fikir ayrılıqlarını yoluna qoyacaqlarsa, onda yeganə düşmən hədəf öz mövcuduğunu itirəcək. Beləliklə də, Trampın NATO-nu dəstəkləməsinin nə mənası olacaq? Əgər Tramp üçün Avropa Birliyi ciddi problem yaradırsa və onun düşmənləri Avropanın içindədirlərsə, onda Rusiya ilə sərhəddə qoşun saxlamağa necə bəraət qazandırmaq olar? Düşmənsiz nə etməli?
Geri qayıt |