Əsas Səhifə > Dünya > Tramp Ər-Riyadı HƏDƏLƏDİ:
Tramp Ər-Riyadı HƏDƏLƏDİ:5-11-2018, 09:10 |
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını Yəməndə Amerika silahından qeyri-peşəkar istifadədə ittiham edib. Amerika lideri bu haqda “Axios” nəşrinə müsahibəsində bildirib. O, Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının avqust ayında Yəməndə uşaqları daşıyan avtobusa aviazərbələr endirməsini “dəhşətli hadisə” adlandırıb. “Bu insanlar sadəcə, silahdan necə istifadə olunduğunu bilmirlər”, - Tramp deyib. Tramp bildirib ki, Vaşinqton Yəməndəki vəziyyəti çox diqqətlə müşahidə edir: “Yəmən hazırda Yer kürəsində ən dəhşətli yerdir. Mən Səudiyyə Ərəbistanı ilə danışacağam. Və mən istəməzdim ki, silahdan istifadə etməyi bacarmayan insanlar ondan istifadə etsinlər”, - prezident Ər-Riyada silah satışının dayandırılmasının mümkünlüyü ilə bağlı suala cavab verərkən bildirib. Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası avqustun 9-da Yəmənin şimalında avtobusa aviazərbə endirib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, zərbə nəticəsində əksəriyyəti uşaq olmaqıa, 50 insan həlak olub. Geri qayıt |