Əsas Səhifə > Dünya > Tramp Təhlükəsizlik nazirini

Tramp Təhlükəsizlik nazirini


13-11-2018, 09:18

Tramp Təhlükəsizlik nazirini istefaya göndərir

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kirsten Nilseni istefaya göndərmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" Ağ Evin nümayəndələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Nilsen yaxın həftələr ərzində administrasiyanı tərk edəcək.

Bildirilir ki, Tramp xüsusən miqrasiya sahəsində daxili təhlükəsizlik nazirinin işindən narazıdır. Qəzetin məlumatına görə, Amerika lideri bu sahədə onun ideyalarını həyata keçirməyə qadir olan namizədin axtarışına başlamaq niyyətindədir.


Geri qayıt