Əsas Səhifə > Dünya > PUTİN Nurməhəmmədova telefon
PUTİN Nurməhəmmədova telefon23-11-2018, 21:11 |
Rusiya prezidenti Vladimir Putin MMA döyüşçüsü Həbib Nurməhəmmədova telefon nömrəsini verib və istənilən vaxt zəng edə biləcəyini deyib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu H. Nurməhəmmədovun avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov bildirib. O, Putinin Nurməhəmmədova UFC çempionatının final döyüşündən sonra zəng etdiyini deyib. “Vladimir Vladimiroviç döyüşü izləyirdi. O bu sözləri dedi: “Səninlə fəxr edirik, təxribatlara önəm vermə. Əgər nə isə olsa, istənilən vaxt bu nömrəyə zəng edə bilərsən. Başını dik tut. Böyük məmnuniyyətlə səni qonaq gözləyirəm”, - deyə Z. Qurbanov bildirib. Geri qayıt |