Əsas Səhifə > Dünya > 4 milyard işıq ili uzaqdan Dünyaya müəmmalı siqnallar gəlir
4 milyard işıq ili uzaqdan Dünyaya müəmmalı siqnallar gəlir9-09-2019, 18:08 |
Ən böyük sferik radioteleskopla işləyən Çin astronomları tez-tez təkrar olunan sürətli radiodalğaların siqnallarını qeydə alıblar. "Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, bu siqnalların Yer kürəsindən 4 milyard işıq ili uzaqlıqdan gəldiyi ehtimal edilir. Sürətli radiodalğaların siqnalları bir neçə milli saniyə uzunluğunda radioimpulslardan ibarətdir. Alimlər onların xassələrini müəyyən edə bilməyiblər. Geri qayıt |