Əsas Səhifə > Dünya, Slayd > PKK terroru davam edir: 2 əsgər şəhid oldu

PKK terroru davam edir: 2 əsgər şəhid oldu


24-08-2015, 12:47
PKK terroru davam edir: 2 əsgər şəhid oldu Türkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 əsgər şəhid olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Hakkarinin Şəmdinli rayonunun Təkəli kəndi yaxınlığında baş verib. Hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb. Nəticədə 2 əsgər həlak olub, 3-ü yaralanıb.
Yararlılar xəstəxanaya çatdırılıb. Terrorçulara qarşı əməliyyat başlayıb.


Geri qayıt