Əsas Səhifə > Dünya > TRAMP Klintonu prezident seçkilərində iştirak etməyə
TRAMP Klintonu prezident seçkilərində iştirak etməyə9-10-2019, 11:59 |
ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin eks-başçısı Hillari Klintonu 2020-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olmağa çağırıb. “Qafqazinfo” bildirir ki, bu barədə o, Tvitterdə yazıb. "Mən güman edirəm ki, korrupsiya ilə məşğul olan Hillari Klinton bu imkanı solçu Elizabet Uorrendən oğurlamağa çalışmaq üçün yarışa daxil olmalıdır", - deyə Tramp yazıb. ABŞ prezidenti qeyd edib ki, bu halda o, bir şərti yerinə yetirməlidir - Konqresə çağırışın alınmasından sonra elektron məktubların silinməsinin səbəblərini açıqlamalıdır. Geri qayıt |