Əsas Səhifə > Dünya, Slayd > 100 mində çox britaniyalı Netenyahunun həbsini tələb edir! - Məsələ parlamentə çıxacaq
100 mində çox britaniyalı Netenyahunun həbsini tələb edir! - Məsələ parlamentə çıxacaq6-09-2015, 19:26 |
Petisiya avqustun 7-də Britaniya parlamentinin saytında dərc olunmuşdu. Sənədin müəllifi Demian Moran ötən il 2 mindən çox adamın öldürülməsinə görə, israilli siyasətçini həbs etməyə çağımışdı («Exo Moskvı»). Britaniya qanunlarına görə, əgər petisiya 100 min imza yığarsa, ölkə parlamenti onu müzakirə etməyə borcludur. Hökumət məsələyə aydınlıq gətirərək, qeyd edib ki, xarici dövlətlərin ölkəyə səfər edən başçıları məhkəmə təqibinə qarşı immunitetə malik olurlar. Amma növbəti səfəri zamanı Netenyahuya bu petisiya barədə məlumatın veriləcəyi vəd olunur. Geri qayıt |